We can not always build the future for our youth, but we can built our youth for the future

вторник, 31 марта 2015 г.

V Gün

Nəhayət uzun sürən Yaz tətilindən sonra təlimimiz yenidən başlandı.Hər zamankı kimi dərsimiz yeni modulla başladı.  Modul  4 -  Layihələr əsasında tədrisin qiymətləndirilməsi.
Təlimimiz sinfin qiymətləndirilməsinin aparılmasının başlıca məqsədinin tədrisdə rolu, dərsin yaxud layihənin sonunda aparılan summativ qiymətləndirmə,çoxsaylı qiymətləndirmə üsullarına dair müzakirələrdə  bütün iştirakçılarla birlikdə müzakirəsi ilə başladı. Hər gün dərslərimizdə tətbiq etdiyimiz qiymətləndirmə haqqında müzakirələrdə fəal ıştirakımız təlimçimiz tərəfindən dəyərləndirildi.Bir daha aydınlaşdı ki , qiymətləndirmə, layihə boyunca davamlı həyata keçirilən bir proses olmalı;
Layihələr əsasında dərslərin qiymətləndirilməsi  aşağıdakı məqsədlə aparılmalı:
  • Müxtəlif qiymətləndirmə strategiyalarından istifadə etmək;
  • Tədris müddəti ərzində qiymətləndirmədən istifadə etmək;
  • Dərsin mühüm məqsəd və vəzifələrini qiymətləndirmək;
  • Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək.

Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək üçün müəllimlər şagirdlərini aşağıdakılarla təmin etməlidir:
  • Lap başlanğıcdan açıq-aydın şəkildə əks olunmuş meyarlar;
  • Yüksək keyfiyyətli iş üçün nümunə və təlimatlar;
  • Özlərinin irəliləyişinə  nəzarət etmək üçün imkanlar;
  • İşlərini yaxşılaşdırmaq üçün öz sinif yoldaşlarına konstruktiv rəy vermək və onların rəyini almaqla bağlı metodlar;
  • Öz proses və məhsulları üzərində refleksiya etmək və bunu yaxşılaşdırmaq üçün vaxt vermək;
  • Gələcək tədrisə dair qarşıya yeni məqsədlər qoymaqda onlara dəstək vermək.
1.  Sonrakı etaplarda:
1.1. Layihə planlarımızı açaraq orada seçdiyimiz layihələrə uyğun qiymətləndirmə cədvəlimizi qurduq.
1.2.  Qiymətləndirmənin qısa təsvirini Planda yazdıq
1.3. Şağird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanmasına başladıq. Bunun üçün microsoft word document açaraq orada layihəmizə uyğun BİBÖ və Klaster üsullarından istifadə edərək şagirdləri layihəyə hazırlamaq üçün qiymətləndirmə alərləri hazırladıq.
1.4. Bloqumuza təəsürratlarımızı yazdıqdan sonra günümüzü başa vurduq.

0 коммент.:

Отправить комментарий