вторник, 31 марта 2015 г.
Təlimimiz sinfin qiymətləndirilməsinin
aparılmasının başlıca məqsədinin tədrisdə rolu, dərsin yaxud layihənin
sonunda aparılan summativ qiymətləndirmə,çoxsaylı qiymətləndirmə üsullarına dair müzakirələrdə bütün iştirakçılarla birlikdə müzakirəsi ilə başladı. Hər gün dərslərimizdə tətbiq etdiyimiz qiymətləndirmə haqqında müzakirələrdə fəal ıştirakımız təlimçimiz tərəfindən dəyərləndirildi.Bir daha aydınlaşdı ki , qiymətləndirmə, layihə
boyunca davamlı həyata keçirilən bir proses olmalı;
Layihələr əsasında dərslərin
qiymətləndirilməsi aşağıdakı məqsədlə
aparılmalı:
- Müxtəlif qiymətləndirmə strategiyalarından istifadə etmək;
- Tədris müddəti ərzində qiymətləndirmədən istifadə etmək;
- Dərsin mühüm məqsəd və vəzifələrini qiymətləndirmək;
- Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək.
Şagirdləri qiymətləndirmə
prosesinə cəlb etmək üçün müəllimlər şagirdlərini aşağıdakılarla təmin etməlidir:
- Lap başlanğıcdan açıq-aydın şəkildə əks olunmuş meyarlar;
- Yüksək keyfiyyətli iş üçün nümunə və təlimatlar;
- Özlərinin irəliləyişinə nəzarət etmək üçün imkanlar;
- İşlərini yaxşılaşdırmaq üçün öz sinif yoldaşlarına konstruktiv rəy vermək və onların rəyini almaqla bağlı metodlar;
- Öz proses və məhsulları üzərində refleksiya etmək və bunu yaxşılaşdırmaq üçün vaxt vermək;
- Gələcək tədrisə dair qarşıya yeni məqsədlər qoymaqda onlara dəstək vermək.
1. Sonrakı etaplarda:
1.1. Layihə planlarımızı açaraq orada seçdiyimiz layihələrə uyğun qiymətləndirmə cədvəlimizi qurduq.
1.2. Qiymətləndirmənin qısa təsvirini Planda yazdıq
1.3. Şağird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanmasına başladıq. Bunun üçün microsoft word document açaraq orada layihəmizə uyğun BİBÖ və Klaster üsullarından istifadə edərək şagirdləri layihəyə hazırlamaq üçün qiymətləndirmə alərləri hazırladıq.
1.4. Bloqumuza təəsürratlarımızı yazdıqdan sonra günümüzü başa vurduq.
четверг, 19 марта 2015 г.
IV günün başlangıcında
Layihənin Əsas sualı ilə tanış olduq. Bununla bağlı müəllimlərə təqdimat göstərildi.
Biz tədris layihəmizi suallardan başlayırıq ona görə ki:
-hər bir tədqiqatçı üçün
sual vermək bacarığı çox vacibdir;
-suallar təfəkkürü, tədrisə
marağı stimullaşdırır;
-sual şagirdi cavab
axtarmağa sövq edərək təxəyyülü inkişaf etdirir və onun sərbəst tədqqiqat aparmağına imkan yaradır.
Təməl, Mövzu və Məzmun sualları arasında fərqləri
aydınlaşdırdıq.
Təməl suallar-Bir neçə dərs və yaxud fənn sahələri
arasında körpü rolu oynayan genış və əhatəli sualdır.
Mövzu sualları (Tematik suallar) - Layihəmiz üçün
istiqamətləndirici suallardır.
Məzmun sualları - Konkret faktlara və ya elmə əsaslanan
suallardır.
Həmçinin təməl suallar müəllimlərə necə kömək edir;
təməl suallar şagirdlərə necə kömək edir; müxtəlif tematik suallar təməl sualı
aydınlaşdırmağa necə kömək edə bilər; mövzu sualları təməl sualı necə dəstəkləyir;
təməl sualların yaradılmasına dair məsləhətlər haqqında məlumatlar aldıq. Bütün
bunlara aid nümunələrlə tanış olduq. Bu sualların doğru seçilməsi üçün təlimçımız
və müəllimlər arasında geniş və ətraflı müzakirə apardıq. Daha sonra Layihənin əsas
suallarının yazılması prosesini cütlərlə yerinə yetirdik. Sualların ümumi
müzakirəsini təlimçimizlə apardıqdan sonra birlikdə Layihəmizin Əsas suallarıını seçdik.
Sonda Layihə planı üzrərində işləyib günün təəssüratını bloqumuza
yazdıq.
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
вторник, 17 марта 2015 г.
Təlimin 3-cü günündə hazırlamaqda olacağımız layihələrin araşdırmaları və sintezi haqqında müzakirələr apardıq. Müxtəlif layihələr haqqında disskusiyada fəal iştirak etdik. Daha sonra təlimçimizdən layihə üsulunu təqdim etmək üçün nəşrlərin rolu(Publisher) haqqında məlumat aldıq. Bu proqramla artiq İntel 3 təlimindən tanış olmuşdum. Bu proqram vasitəsi ilə şagirdlərin qiymətləndirilməsi zamanı müxtəlif sertifikatlar, diplomlar, fəxri fərmanlar, həmçinin müəllimlər və diğər şəxslər iş prosesi zamanı bukletlər, açıqçalar, dəvətnamələr, elanlar hazırlamaq imkanı əldə edə bilərlər. Novbəti mərhələdə hədəf
seçmək istədiyimiz mövzu ilə əlaqədar standartları müəyyənləşdirməklə dərsimizi planlaşdırmağa
başladıq. Tədris proqramlarına qoyulan məqsədlərin təhlili, tədris məqsədlərinin müəyyənləşdirilməsindən sonra bloqda 3-cü günün təəssüratlarını yazdıq.
суббота, 14 марта 2015 г.
2-ci gün başlanan kimi
XXI əsrin əsas bacarıqları haqqında məlumat aldıq. XXI əsrin əsas bacarıqları- yaradıcılıq və innovativlik, tənqidi təfəkkür və problem həll etmə bacarığı, kommunikativ və əməkdaşlıq bacarıqları, informasiya
ilə işləmək bacarıqları, Media savadlılığı, İKT savadlılığı kimi mahiyyətlərini müzakirə etdik. Blum Taksonomiyası yəni dərketmənin səviyyələrini yenidən yada saldıq.
Tədris prosesində layihə üsulunun tətbiqi haqqında məlumat aldıq. Öyrəndik ki, Layihə- xüsusi problemin tədqiq edilməsi, onun nəzəri və praktiki həyata keçirilməsini nəzərdə tutur. Layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər,layihə metodunun növləri,layihənin müddəti haqqında danışdıq. Ev tapşırığı olaraq bizə fənn və mövzu üzrə lahiyə fikirləşmək tapşırıldı.
Tədris prosesində layihə üsulunun tətbiqi haqqında məlumat aldıq. Öyrəndik ki, Layihə- xüsusi problemin tədqiq edilməsi, onun nəzəri və praktiki həyata keçirilməsini nəzərdə tutur. Layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər,layihə metodunun növləri,layihənin müddəti haqqında danışdıq. Ev tapşırığı olaraq bizə fənn və mövzu üzrə lahiyə fikirləşmək tapşırıldı.
четверг, 12 марта 2015 г.
İlk gün tanışlıqdan sonra İntel "Gələcək üçün təhsil" təlim proqramı haqqında geniş məlumat əldə etdik, daha sonra təsil proqramlarının saytları və Wiki səhifəsi ilə tanış olduq. Portfolio quruluşu haqqında məlumat aldıq, portfolio qovluğu yaratdıq.google serverlerləri ilə tanış olduq. Mənim şəxsi gmail ünvanım olduğuna görə yenisini açmağa ehtiyac olmadı. Gmailin mahiyyəti -internetdən geniş istifadə edə bilmək,müxtəlif saitlara daxil ola bilmək, orada istənilən məlumatları ala bilmək, məktublaşmaq, istənilən faylı göndərmək, müxtəlif şəkilləri, videoları göndərmək imkanlarına malikdir. Bu isə gmail ünvanının istifadəçıləri üçün səmərəli və faydalıdır. Daha sonra google serverlerlərindən biri olan bloq yaradılması ilə tanış olduq. Öz şəxsi bloqum olduğuna görə bunu yaratmaq mənim üçün heç çətin olmadı.Bloqun mahiyyəti isə çox faydalıdır. Bu baxımdan hər kəs öz şəxsi bloqunu yaratmaqla orada müxtəlif faydalı məlumatları , videoları,şəkilləri,faydalı linkləri , eyni zamanda istifadəçi öz gördüyü işlərini orada nümayış etdirə bilməsi üçün genış imkanlara malik olur.
Подписаться на:
Сообщения (Atom)