We can not always build the future for our youth, but we can built our youth for the future

четверг, 9 апреля 2015 г.

IX gün

Günə Veb 2.0 alətlərinin təhlili və istifadəsi ilə başladıq.  Müxtəlif Veb 2.0 alətlərində nümunələr düzəltməklə işimizi daha da maraqlı etdik.Bloglar, wikilər və əməkdaşlıq üçün online sənədlər online rejimdə bir-birinin işini paylaşmaqla və cavab verməklə şagirdlərə layihələr üzərində əməkdaşlıq etmək imkanı verəcəyinin bir daha şahidi olduq.
Sosial şəbəkələr və onların tədrisdə rolu haqqında müzakirələrə başladıq.Sosial şəbəkələr şagirdlərə imkan verir ki onlar ideyalarını bölüşsün, xəbərləşsin, təhsillə əlaqədar biri- birinə suallar verib məlumatlar paylaşsın, yeni dil öyrənsin, öz tanımadığı yaşıdları ilə tanış olub anlaşsın.Bütün bunları nəzərə alaraq deyəbilərik ki sosial şəbəkələrin və Veb 2.0 alətlərin həyatımızda mühüm rolu olub,var və hələ olacaq.
 
Facebook - sosial şəbəkələr içərisində ən geniş yayılanıdır.Təxminən bütün şagirdlərin facebook hesabı var. Müəllim  və ya şagirdlər facebook vasitəsi ilə bir - birilərinə mətnlər,videolar,şəkillər,slaydlar,power point dərslər göndərməklə bu şəbəkədən geniş istifadə edə bilərlər.
You tube - bu şəbəkədən istifadə etməklə şagirdlər müxtəlif mövzular üzrə çox saylı videolara baxa və yararlana bilər. Öyrədəcəyimiz hər hansı bir mövzuya aid videolar şagirdlərin həmin mövzunu öyrənməsində daha effektiv ola bilər.
Blogger - şagirdlər üzərində effekti olan , daha çox məlumatlar alib öyrənməsinə hətta araşdirmalar aparmağlarına təsir edən təhsil mənbələrindən biridir.Hətta innovativ müəlum olraq bloq yaradıb orada fənnimizə aid maraqlı məlumarları yerləşdirərək şagird və müəllim yoldaşlarımızla paylaşa bilərik.

 Vimeo - you tube kimi hər hansı bir fənnə aid  çoxlu məlumat verici və öyrədici videoların olduğu təhsil resurslarindan biridir. Həm you tube həm də vimeoda videoları paylaşmaq və köçürmək mümkündür.

Skype - Dərsdən sonra öyrənmənin asan yollarından biridir.
Slideshare  -  öyrətmə və öyrənmənin ən maraqlı alətlərindən biridir. Burada yerləşdirilən PPT dərslər maraqlı resurs kimi geniş yayılmışdır.
Dünyada bir çox müəllim və şagirdlər sosial şəbəkələr vasitəsilə öyrənmədən həzz alır.

Bir neçə Şagird işlərinin nümunələrinə baxdıqdan sonra layihə planında işləyəlib,bloqun yazılması ilə günü sona çatdırdıq.

0 коммент.:

Отправить комментарий