суббота, 18 апреля 2015 г.
Təlimə Layihənin reallaşdırılması Planının yazılması ilə başladıq. Bu çeklistdə göstərilən ideyaları nəzərdən keçirtdik və dərsimizə uyğun ola bilən istənilən ideyaları müəyyən etdik.
Portfolio üzərində işin yekunlaşdırılması prosesinə başladıq. Portfoliomuzu təlimçimizin köməkliyi ilə bir daha nəzərdən keçirtdik. İşləyərkən nəzərdən qaçırdığımız bölmələrin üzərində işlədik.
Təlimə başlayarkən yazdığımız start sorğu kimi təlimin sonunda da finish sorğunun yazılmasına başladıq. Müəyyən edilmiş suallara cavab verərək sonda treninq haqqında rəylərimizi və məsləhətlərimizi verdik.
Ağ opanent və qara opanent seçilməsi də maraqlı etaplardan oldu. Təqdimat zamanı ağ opanent müəllim və şagird təqdimatları haqqında öz müsbət təklif və rəylərini , qara opanent isə əksinə müəllim və şagird təqdimatları haqqında çatışmayan cəhətlərı bildirərək təqdimatlara münasibətlərini bildirəcəklər.
Nəhayət 14 günlük təlimin sonunda Portfoliommuzu tamamlayıb təhvil verdik.
14 cü gün bloqun yazılması ilə bitdi.
15-ci gün təqdimat və imtahan olacaq. Bütün müəllimlərə uğurlar arzulayıram! Sizinlə bir təlimdə olmaq , Sizi tanımaq çox maraqlı və gözəl idi. Öz növbəmdə təlimçılərimiz Seymur Allahverdiyeva və İnarə xanıma təşəkkür edirəm!
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий