вторник, 17 марта 2015 г.
Təlimin 3-cü günündə hazırlamaqda olacağımız layihələrin araşdırmaları və sintezi haqqında müzakirələr apardıq. Müxtəlif layihələr haqqında disskusiyada fəal iştirak etdik. Daha sonra təlimçimizdən layihə üsulunu təqdim etmək üçün nəşrlərin rolu(Publisher) haqqında məlumat aldıq. Bu proqramla artiq İntel 3 təlimindən tanış olmuşdum. Bu proqram vasitəsi ilə şagirdlərin qiymətləndirilməsi zamanı müxtəlif sertifikatlar, diplomlar, fəxri fərmanlar, həmçinin müəllimlər və diğər şəxslər iş prosesi zamanı bukletlər, açıqçalar, dəvətnamələr, elanlar hazırlamaq imkanı əldə edə bilərlər. Novbəti mərhələdə hədəf
seçmək istədiyimiz mövzu ilə əlaqədar standartları müəyyənləşdirməklə dərsimizi planlaşdırmağa
başladıq. Tədris proqramlarına qoyulan məqsədlərin təhlili, tədris məqsədlərinin müəyyənləşdirilməsindən sonra bloqda 3-cü günün təəssüratlarını yazdıq.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий