We can not always build the future for our youth, but we can built our youth for the future

вторник, 31 марта 2015 г.

V Gün

Nəhayət uzun sürən Yaz tətilindən sonra təlimimiz yenidən başlandı.Hər zamankı kimi dərsimiz yeni modulla başladı.  Modul  4 -  Layihələr əsasında tədrisin qiymətləndirilməsi.
Təlimimiz sinfin qiymətləndirilməsinin aparılmasının başlıca məqsədinin tədrisdə rolu, dərsin yaxud layihənin sonunda aparılan summativ qiymətləndirmə,çoxsaylı qiymətləndirmə üsullarına dair müzakirələrdə  bütün iştirakçılarla birlikdə müzakirəsi ilə başladı. Hər gün dərslərimizdə tətbiq etdiyimiz qiymətləndirmə haqqında müzakirələrdə fəal ıştirakımız təlimçimiz tərəfindən dəyərləndirildi.Bir daha aydınlaşdı ki , qiymətləndirmə, layihə boyunca davamlı həyata keçirilən bir proses olmalı;
Layihələr əsasında dərslərin qiymətləndirilməsi  aşağıdakı məqsədlə aparılmalı:
  • Müxtəlif qiymətləndirmə strategiyalarından istifadə etmək;
  • Tədris müddəti ərzində qiymətləndirmədən istifadə etmək;
  • Dərsin mühüm məqsəd və vəzifələrini qiymətləndirmək;
  • Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək.

Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək üçün müəllimlər şagirdlərini aşağıdakılarla təmin etməlidir:
  • Lap başlanğıcdan açıq-aydın şəkildə əks olunmuş meyarlar;
  • Yüksək keyfiyyətli iş üçün nümunə və təlimatlar;
  • Özlərinin irəliləyişinə  nəzarət etmək üçün imkanlar;
  • İşlərini yaxşılaşdırmaq üçün öz sinif yoldaşlarına konstruktiv rəy vermək və onların rəyini almaqla bağlı metodlar;
  • Öz proses və məhsulları üzərində refleksiya etmək və bunu yaxşılaşdırmaq üçün vaxt vermək;
  • Gələcək tədrisə dair qarşıya yeni məqsədlər qoymaqda onlara dəstək vermək.
1.  Sonrakı etaplarda:
1.1. Layihə planlarımızı açaraq orada seçdiyimiz layihələrə uyğun qiymətləndirmə cədvəlimizi qurduq.
1.2.  Qiymətləndirmənin qısa təsvirini Planda yazdıq
1.3. Şağird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanmasına başladıq. Bunun üçün microsoft word document açaraq orada layihəmizə uyğun BİBÖ və Klaster üsullarından istifadə edərək şagirdləri layihəyə hazırlamaq üçün qiymətləndirmə alərləri hazırladıq.
1.4. Bloqumuza təəsürratlarımızı yazdıqdan sonra günümüzü başa vurduq.

четверг, 19 марта 2015 г.

IV gün

IV günün başlangıcında Layihənin Əsas sualı ilə tanış olduq. Bununla bağlı müəllimlərə təqdimat göstərildi. Biz tədris layihəmizi suallardan başlayırıq ona görə ki:
-hər bir tədqiqatçı üçün sual vermək bacarığı çox vacibdir;
-suallar təfəkkürü, tədrisə marağı stimullaşdırır;
-sual şagirdi cavab axtarmağa sövq edərək təxəyyülü inkişaf etdirir və onun  sərbəst tədqqiqat aparmağına imkan yaradır.
Təməl, Mövzu və Məzmun sualları arasında fərqləri aydınlaşdırdıq.

Təməl suallar-Bir neçə dərs və yaxud fənn sahələri arasında körpü rolu oynayan genış və əhatəli sualdır.
Mövzu sualları (Tematik suallar) - Layihəmiz üçün istiqamətləndirici suallardır.
Məzmun sualları - Konkret faktlara və ya elmə əsaslanan suallardır.

Həmçinin təməl suallar müəllimlərə necə kömək edir; təməl suallar şagirdlərə necə kömək edir; müxtəlif tematik suallar təməl sualı aydınlaşdırmağa necə kömək edə bilər; mövzu sualları təməl sualı necə dəstəkləyir; təməl sualların yaradılmasına dair məsləhətlər haqqında məlumatlar aldıq. Bütün bunlara aid nümunələrlə tanış olduq. Bu sualların doğru seçilməsi üçün təlimçımız və müəllimlər arasında geniş və ətraflı müzakirə apardıq. Daha sonra Layihənin əsas suallarının yazılması prosesini cütlərlə yerinə yetirdik. Sualların ümumi müzakirəsini təlimçimizlə apardıqdan sonra birlikdə  Layihəmizin Əsas suallarıını  seçdik.  Sonda Layihə planı üzrərində işləyib günün təəssüratını bloqumuza yazdıq.
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım

вторник, 17 марта 2015 г.

ııı gün

Təlimin 3-cü günündə hazırlamaqda olacağımız layihələrin araşdırmaları və sintezi haqqında müzakirələr apardıq.  Müxtəlif layihələr haqqında disskusiyada fəal iştirak etdik. Daha sonra təlimçimizdən layihə üsulunu təqdim etmək üçün nəşrlərin rolu(Publisher) haqqında məlumat aldıq. Bu proqramla artiq İntel 3 təlimindən tanış olmuşdum. Bu proqram vasitəsi ilə şagirdlərin qiymətləndirilməsi zamanı müxtəlif sertifikatlar, diplomlar, fəxri fərmanlar, həmçinin müəllimlər və diğər şəxslər iş prosesi zamanı bukletlər, açıqçalar, dəvətnamələr, elanlar hazırlamaq imkanı əldə edə bilərlər. Novbəti mərhələdə hədəf seçmək istədiyimiz mövzu  ilə əlaqədar standartları müəyyənləşdirməklə dərsimizi planlaşdırmağa başladıq. Tədris proqramlarına qoyulan məqsədlərin təhlili, tədris məqsədlərinin müəyyənləşdirilməsindən sonra bloqda 3-cü günün təəssüratlarını yazdıq.

суббота, 14 марта 2015 г.

II gün

2-ci gün başlanan kimi 
XXI  əsrin əsas bacarıqları haqqında məlumat aldıq. XXI əsrin əsas bacarıqları- yaradıcılıq və innovativlik, tənqidi təfəkkür və problem həll etmə bacarığı, kommunikativ əməkdaşlıq bacarıqları, informasiya ilə işləmək  bacarıqları, Media savadlılığı, İKT savadlılığı kimi mahiyyətlərini müzakirə etdik.  Blum Taksonomiyası yəni dərketmənin səviyyələrini  yenidən yada saldıq.  
Tədris prosesində layihə üsulunun   tətbiqi haqqında məlumat aldıq. Öyrəndik ki, Layihə- xüsusi problemin tədqiq edilməsi, onun nəzəri və praktiki həyata keçirilməsini nəzərdə tuturLayihə üsulunun tətbiqinə qoyulan əsas tələblər,layihə metodunun növləri,layihənin müddəti haqqında danışdıq. Ev tapşırığı olaraq bizə fənn və mövzu üzrə lahiyə fikirləşmək tapşırıldı.



четверг, 12 марта 2015 г.

I gün

İlk gün tanışlıqdan sonra İntel  "Gələcək üçün təhsil" təlim proqramı haqqında geniş məlumat əldə etdik, daha sonra təsil proqramlarının saytları və Wiki səhifəsi ilə tanış olduq. Portfolio quruluşu  haqqında məlumat aldıq, portfolio qovluğu yaratdıq.google serverlerləri ilə tanış olduq. Mənim şəxsi gmail ünvanım olduğuna görə yenisini açmağa ehtiyac olmadı. Gmailin mahiyyəti -internetdən geniş istifadə edə bilmək,müxtəlif saitlara daxil ola bilmək, orada istənilən məlumatları ala bilmək, məktublaşmaq, istənilən faylı göndərmək, müxtəlif şəkilləri, videoları  göndərmək imkanlarına malikdir. Bu isə gmail ünvanının istifadəçıləri üçün səmərəli və faydalıdır. Daha sonra google serverlerlərindən biri olan bloq yaradılması ilə tanış olduq. Öz şəxsi bloqum olduğuna görə bunu yaratmaq mənim üçün heç çətin olmadı.Bloqun mahiyyəti isə çox faydalıdır. Bu baxımdan hər kəs öz şəxsi bloqunu yaratmaqla orada müxtəlif faydalı məlumatları , videoları,şəkilləri,faydalı linkləri , eyni zamanda istifadəçi öz gördüyü işlərini orada nümayış etdirə bilməsi üçün genış imkanlara malik olur.