четверг, 19 марта 2015 г.
IV günün başlangıcında
Layihənin Əsas sualı ilə tanış olduq. Bununla bağlı müəllimlərə təqdimat göstərildi.
Biz tədris layihəmizi suallardan başlayırıq ona görə ki:
-hər bir tədqiqatçı üçün
sual vermək bacarığı çox vacibdir;
-suallar təfəkkürü, tədrisə
marağı stimullaşdırır;
-sual şagirdi cavab
axtarmağa sövq edərək təxəyyülü inkişaf etdirir və onun sərbəst tədqqiqat aparmağına imkan yaradır.
Təməl, Mövzu və Məzmun sualları arasında fərqləri
aydınlaşdırdıq.
Təməl suallar-Bir neçə dərs və yaxud fənn sahələri
arasında körpü rolu oynayan genış və əhatəli sualdır.
Mövzu sualları (Tematik suallar) - Layihəmiz üçün
istiqamətləndirici suallardır.
Məzmun sualları - Konkret faktlara və ya elmə əsaslanan
suallardır.
Həmçinin təməl suallar müəllimlərə necə kömək edir;
təməl suallar şagirdlərə necə kömək edir; müxtəlif tematik suallar təməl sualı
aydınlaşdırmağa necə kömək edə bilər; mövzu sualları təməl sualı necə dəstəkləyir;
təməl sualların yaradılmasına dair məsləhətlər haqqında məlumatlar aldıq. Bütün
bunlara aid nümunələrlə tanış olduq. Bu sualların doğru seçilməsi üçün təlimçımız
və müəllimlər arasında geniş və ətraflı müzakirə apardıq. Daha sonra Layihənin əsas
suallarının yazılması prosesini cütlərlə yerinə yetirdik. Sualların ümumi
müzakirəsini təlimçimizlə apardıqdan sonra birlikdə Layihəmizin Əsas suallarıını seçdik.
Sonda Layihə planı üzrərində işləyib günün təəssüratını bloqumuza
yazdıq.
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий