суббота, 11 апреля 2015 г.
XI günün təliminə şagird işi və layihə planına təkrar baxış
və dəyişikliklərin edilməsi ilə başladıq. Şagird işlərimizdə lazım olan dəyişiklikləri
apardıqdan sonra şagird işinin və qiymətləndirmə nümunəsinin (3+2+1) müzakirəsinin
apardıq. Cütlərlə işləyərək hazırladığımız layihə mövzumuzu haqqında,
araşdırmalı olduğumuz problemləri, məsələləri bir-birimizə danışdıq. Bir
birimizin layihəsinə qulaq asıb məsləhət almaq maraqlı və faydalı oldu. Almaz müəllimədən aldığım bir neçə məsləhəti layihəə əlavə etdim. Sonra təlimçimiz bizi bütün
öyrənənlər üçün imkanların yaradılması, tədrisdə differensiallaşmanın
aparılması və şagirdlərin qiymətləndirmə prosesinə cəlb olunması haqqında məlumatlandırdı.maraqlıdır
ki, nəinki şagirdlər hətta hər bir kəs visual, akustik və kinestetik
strategiyalara malikdir. Daha sonra Modul 10-da Hovard Qardnerin intellekt tipləri
haqqında ioxuyaraq müzakirələr apardıq. Növbəti addımda şagirdin özüüistiqamətləndirməsinə
əsaslanan qiymətləndirmə nümunəsinin hazırlanmasını yerinə yetirdik. Modul
10-da diferensiallaşma sorğusunu dolduraraq oradakı strategiyaları oxuyaraq nəticələrini
qeyd etdik. Bu sorğu eyni zamanda bizə imkan verdi ki, tədrisdə yaranan
problemlərimizi də qeyd edib həlli yollarını da araşdıraq.Təlimimizin XI gününü
isə bloqa təəssüratlarımızı yazaraq sona çatdırdıq.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий