вторник, 7 апреля 2015 г.
Təlimimizi "Tədqiqat üçün internetden istifadə və Layihə üçün İnternet resursların müəyyən edilməsi" biliklərinin aydınlaşdırılması ilə başladıq. İlk öncə Biz adətən İnterneti məlumat mənbəyi kimi
görürük.Müvafiq online informasiyanı tapmaq, qiymətləndirmək və şərh etmək mühüm
bacarıqdır.Bununla belə İnternetdən effektiv istifadə məlumat toplamaqla məhdudlaşmır
və bunun hüdudlarından kənara çıxır. Məlumat toplayarkən bu məlumatları resurslarda qeyd etmək mühüm amillərdəndir. Mənim üçün Layihə Planında Resursların URL ünvanlarının yazılması prosesı o qədər də çətin olmadı.
Daha sonra Ünsiyyət qurmaq məqsədi ilə İnternetdən isdifadə yolları haqqında müzakirələr apardıq. Aydınlaşdırdıq ki
İnternet kommunikasiya
alətləri layihələr zamanı şagirdlərin ünsiyyət qura biləcəyi qurum və şəxslərin
əhatə dairəsini əsaslı şəkildə genişləndirir. E-poçt, chat , mesajlaşma, online
sorğular vasitəsilə şagirldər fikirlərini
müzakirə edə və bölüşə, rəy ala və həmyaşıdlarından, ekspertlərdən, dünyanın hər
bir yerindəki insanlardan informasiya toplaya bilərlər.
Layihə üçün kommunikasiya alətlərinin seçilməsi Veb 2.0 alətləri ilə tanışlıq daha maraqlı proseslerdən idi. Bu alətlərlə tanış olduğumdan məmim üçün alətlərlə işləmək heç də çətinlik yaratmadı. Bir neçə alətlə Photodex, Prezi, Learningapps, Blogger (artıq müəllim bloqunu yaradarkən tanış olmuşduq -indi daha ətraflı) kimi Veb2.0 alətləri ilə işləmək maraqlı oldu. Bu alətlərdən daha sonra Layihə gedışatında şagird bloqunun qurulması zamanı istifadənin faydaları haqqında müzakirələr davam etdi.
Günün sonunda Bloq yazısı ilə təlimi bitirdik.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий