воскресенье, 5 апреля 2015 г.
VII günümüzü videodan da anlaşıldığı kimi Google serverlərindən biri olan Google drive(disk) in öyrənilməsi ilə başladıq.Bu serverlə müəyyən qədər tanış idim xüsusi ilə email vasitəsi ilə həcmi böyük faylları göndərərkən bu server çox köməyimə gəlmişdi. Lakin təlim zamanı Google drive-ın bəzi müsbət keyfiyyətlərini də öyrəndim. Məsələn:
- Bu diskdə 15 KB qədər məlumat pulsuz saxlanıla bilər;
- Google disk vasitəsi ilə bütün məlumatlar zaman vəməkandan asılı olmayaraq əlimizin altında ola bilir; -evdə-iş yerində- yolda-təqdimatda
- Bu diskdə bütün fayllar təhlükəsiz şəkildə saxlanılır;
- Fayl üzərində bir neçə nəfərlə bir başa eyni zamanda işlənə bilinir
Mənim üçün ən maraqlısı sonuncu - Fayl üzərində bir neçə nəfərlə bir başa eyni zamanda işləmək variantı oldu. Bunun əyanı tətbiqi isə məndə gələcəkdə lazım olarsa bu serverdən mütləq istifadəmi qətiyyətləndirdi.
Daha
sonra təlimçimiz tərəfindən pedşuranın keçirilməsi prosesinə başladıq.Bu isə şəxsiyyətyönümlü
təlimdə tədris standartlarına istiqamətləndirmə haqqındadır. Layihə üzərində şəxsiyyətyönümlü
tədrisin standartlara uyğun olaraq səmərəli qurulması yolları ilə bağlı müzakirələrdə
iştirak etdik.
Şagirdlərin İnternetdən istifadəsi onların bacarıqlarının təlim
standartlarının tələblərinə və qoyulmuş məqsədlərə uyğun gəlməsi ilə nəticələnməlidir.
Bu məşğələdə biz XXI əsrin xüsusi bilik və bacarıqları - tədqiqat, ünsiyyət
qurmaq, əməkdaşlıq və problemlərin həlli - daxil etməyin yolları üzərində müzakirələrə
başladıq. Daha sonra həmkarlarımızla bu bilik və bacarıqları İnternet vasitəsilə
necə gücləndirməyin yollarını tapmağa çalışdıq. XXI əsrin bilik və bacarıqların siyahısını Layihə
Planımızda qeyd etdik.
Novbəti addımda təlimçımiz bizə texnologiyalardan istifadəyə
aid hüquqi və əxlaqi qaydaların öyrənilməsi - müəlliflik hüququ haqqında geniş məlumatlar
verdi. İnternetə giriş asan və online məlumatları sürətlə köçürmək imkanı
olduğundan şagirdlər və müəllimlər İnternetdəki məlumatların çoxunun başqa
birinə məxsus mülkiyyət olduğunu asanlıqla unuda bilərlər.Bu heç də etik deyil.
Mən də müzakirələrdə bu fikirlə tam
razı olduğumu bəyan etdim.Bunu etməmək üçün hər bir resursun sonunda Resources
bölməsi olmalı və hər kəs istinad etdiyi məlumatı mütləq qeyd etməlidir.
Təlimimizi Bloqda təəssüratlarımızı yazaraq bitirdik.
Подписаться на:
Комментарии к сообщению (Atom)
0 коммент.:
Отправить комментарий