суббота, 18 апреля 2015 г.
Təlimə Layihənin reallaşdırılması Planının yazılması ilə başladıq. Bu çeklistdə göstərilən ideyaları nəzərdən keçirtdik və dərsimizə uyğun ola bilən istənilən ideyaları müəyyən etdik.
Portfolio üzərində işin yekunlaşdırılması prosesinə başladıq. Portfoliomuzu təlimçimizin köməkliyi ilə bir daha nəzərdən keçirtdik. İşləyərkən nəzərdən qaçırdığımız bölmələrin üzərində işlədik.
Təlimə başlayarkən yazdığımız start sorğu kimi təlimin sonunda da finish sorğunun yazılmasına başladıq. Müəyyən edilmiş suallara cavab verərək sonda treninq haqqında rəylərimizi və məsləhətlərimizi verdik.
Ağ opanent və qara opanent seçilməsi də maraqlı etaplardan oldu. Təqdimat zamanı ağ opanent müəllim və şagird təqdimatları haqqında öz müsbət təklif və rəylərini , qara opanent isə əksinə müəllim və şagird təqdimatları haqqında çatışmayan cəhətlərı bildirərək təqdimatlara münasibətlərini bildirəcəklər.
Nəhayət 14 günlük təlimin sonunda Portfoliommuzu tamamlayıb təhvil verdik.
14 cü gün bloqun yazılması ilə bitdi.
15-ci gün təqdimat və imtahan olacaq. Bütün müəllimlərə uğurlar arzulayıram! Sizinlə bir təlimdə olmaq , Sizi tanımaq çox maraqlı və gözəl idi. Öz növbəmdə təlimçılərimiz Seymur Allahverdiyeva və İnarə xanıma təşəkkür edirəm!
пятница, 17 апреля 2015 г.
facilitation.ru |
•Fasilitatorun mövqeyi, onun əsas funksiyası – fikrin təhrik
edilməsi və onun lazım olan istiqamətə yönəldilməsidir (funksiya)
•Fasilitasiya yanaşması idraki və yaradıcı tələbatların tam
ödənilməsinə, yəni şagirdlərin öz qabiliyyətlərini gerçəkləşdirməsinə yönəlmişdir.
Bu sənəddə fasilitator olmağımızda və dərslənizi daha şəxsiyyətyönümlü etməkdə
texnologiyanın bizə necə kömək edə biləcəyinə dair sadalanmış ideyalara öz əlavələrimizi
etdik.
Daha sonra Layihənin öyrənilməsi planının yekunlaşdırılması
ilə əlaqədar sənədləşmə işini icra etdik. Təlimin XIII gününü bloq haqqında təəssüratlarımızı
yazmaqla yekunlaşdırdıq.
среда, 15 апреля 2015 г.
Təlimə bloq yazılarının müzakirəsi ilə başladıq.Təlimçimiz bloqlarda çatışmayan cəhətləri müəllimlərin nəzərinə çatdırdı. Mənə gəlincə bloqun təlimçımız tərəfindən yüksək qiymətləndirildi və belə davam etməyim tapşırıldı.
Daha sonra şagirdlərin uğurlarının izlənməsi üçün dəstək materialların hazırlanmasına - yəni blog checklist hazırlanmasına başladıq. Checklistlər vasitəsi ilə şagirdlər özünüqiymətləndirmə üsulu ilə blogu qiymətləndirə bıləcəklər. Bu checklistlər şagirdlərin özünə qarşı məsuliyyətli , inamlı,ədlətli olmağına, ozünüqiymətləndirmə bacarıqlarının formalaşmasına səbəb ola blilər.
Layihə Planının müvafiq bölmələrinin yazılması prosesinə başladıq .Təlimin sonuna kimi Planımızda dəyişlikləri edərək bloq yazısı ilə təlimi sona çatdırdıq.
суббота, 11 апреля 2015 г.
XI günün təliminə şagird işi və layihə planına təkrar baxış
və dəyişikliklərin edilməsi ilə başladıq. Şagird işlərimizdə lazım olan dəyişiklikləri
apardıqdan sonra şagird işinin və qiymətləndirmə nümunəsinin (3+2+1) müzakirəsinin
apardıq. Cütlərlə işləyərək hazırladığımız layihə mövzumuzu haqqında,
araşdırmalı olduğumuz problemləri, məsələləri bir-birimizə danışdıq. Bir
birimizin layihəsinə qulaq asıb məsləhət almaq maraqlı və faydalı oldu. Almaz müəllimədən aldığım bir neçə məsləhəti layihəə əlavə etdim. Sonra təlimçimiz bizi bütün
öyrənənlər üçün imkanların yaradılması, tədrisdə differensiallaşmanın
aparılması və şagirdlərin qiymətləndirmə prosesinə cəlb olunması haqqında məlumatlandırdı.maraqlıdır
ki, nəinki şagirdlər hətta hər bir kəs visual, akustik və kinestetik
strategiyalara malikdir. Daha sonra Modul 10-da Hovard Qardnerin intellekt tipləri
haqqında ioxuyaraq müzakirələr apardıq. Növbəti addımda şagirdin özüüistiqamətləndirməsinə
əsaslanan qiymətləndirmə nümunəsinin hazırlanmasını yerinə yetirdik. Modul
10-da diferensiallaşma sorğusunu dolduraraq oradakı strategiyaları oxuyaraq nəticələrini
qeyd etdik. Bu sorğu eyni zamanda bizə imkan verdi ki, tədrisdə yaranan
problemlərimizi də qeyd edib həlli yollarını da araşdıraq.Təlimimizin XI gününü
isə bloqa təəssüratlarımızı yazaraq sona çatdırdıq.
четверг, 9 апреля 2015 г.
Günə şagird işinin planlaşdırılması və şagird işinin hazırlanması ilə başladıq. İlk öncə şagird bloqu açıb ona yaradıcı adını verdim. Bu ad həm də layihəmizin adı olmalı idi. Mənim şagird bloqumun adı: Easy Way To Get Away oldu.
Bloquma şadlon seçdikdən sonra dizayın bölməsində gadjetlər əlavə etməyə başladım.
Əlbətdə ki bu gadjetlər mövzumu əhatə etməli idi.Bunun üçün Veb2.0 alətlərinə də müraciət edərək bir neçə gadjet düzəldərək bloqa əlavə etdim.
Sonra şağird bloqumda səhifə açdım. 3 səhifə yaratdım:
Ana səhifə , Tədqiqat və Nəticə səhifələri.
Daha sonra mövzum üzrə topladığım məlumatları bu səhifələrdə yerləşdirməyə başladım.
Layihənin öyrənilməsi Planı üzərində işlədikdən sonra bloqumuza günün təəssüratı haqqında yazdıq.
Layihənin öyrənilməsi Planı üzərində işlədikdən sonra bloqumuza günün təəssüratı haqqında yazdıq.
Günə Veb 2.0 alətlərinin təhlili və istifadəsi ilə başladıq. Müxtəlif Veb 2.0 alətlərində nümunələr düzəltməklə işimizi daha da maraqlı etdik.Bloglar, wikilər və əməkdaşlıq üçün online sənədlər
online rejimdə bir-birinin işini paylaşmaqla və cavab verməklə şagirdlərə layihələr
üzərində əməkdaşlıq etmək imkanı verəcəyinin bir daha şahidi olduq.
Sosial şəbəkələr və onların tədrisdə rolu haqqında müzakirələrə başladıq.Sosial şəbəkələr şagirdlərə imkan verir ki onlar ideyalarını bölüşsün, xəbərləşsin, təhsillə əlaqədar biri- birinə suallar verib məlumatlar paylaşsın, yeni dil öyrənsin, öz tanımadığı yaşıdları ilə tanış olub anlaşsın.Bütün bunları nəzərə alaraq deyəbilərik ki sosial şəbəkələrin və Veb 2.0 alətlərin həyatımızda mühüm rolu olub,var və hələ olacaq.
Facebook - sosial şəbəkələr içərisində ən geniş yayılanıdır.Təxminən bütün şagirdlərin facebook hesabı var. Müəllim və ya şagirdlər facebook vasitəsi ilə bir - birilərinə mətnlər,videolar,şəkillər,slaydlar,power point dərslər göndərməklə bu şəbəkədən geniş istifadə edə bilərlər.
You tube - bu şəbəkədən istifadə etməklə şagirdlər müxtəlif mövzular üzrə çox saylı videolara baxa və yararlana bilər. Öyrədəcəyimiz hər hansı bir mövzuya aid videolar şagirdlərin həmin mövzunu öyrənməsində daha effektiv ola bilər.
Blogger - şagirdlər üzərində effekti olan , daha çox məlumatlar alib öyrənməsinə hətta araşdirmalar aparmağlarına təsir edən təhsil mənbələrindən biridir.Hətta innovativ müəlum olraq bloq yaradıb orada fənnimizə aid maraqlı məlumarları yerləşdirərək şagird və müəllim yoldaşlarımızla paylaşa bilərik.
Vimeo - you tube kimi hər hansı bir fənnə aid çoxlu məlumat verici və öyrədici videoların olduğu təhsil resurslarindan biridir. Həm you tube həm də vimeoda videoları paylaşmaq və köçürmək mümkündür.
Skype - Dərsdən sonra öyrənmənin asan yollarından biridir.
Slideshare - öyrətmə və öyrənmənin ən maraqlı alətlərindən biridir. Burada yerləşdirilən PPT dərslər maraqlı resurs kimi geniş yayılmışdır.
Dünyada bir çox müəllim və şagirdlər sosial şəbəkələr vasitəsilə öyrənmədən həzz alır.
Bir neçə Şagird işlərinin nümunələrinə baxdıqdan sonra layihə planında işləyəlib,bloqun yazılması ilə günü sona çatdırdıq.
вторник, 7 апреля 2015 г.
Təlimimizi "Tədqiqat üçün internetden istifadə və Layihə üçün İnternet resursların müəyyən edilməsi" biliklərinin aydınlaşdırılması ilə başladıq. İlk öncə Biz adətən İnterneti məlumat mənbəyi kimi
görürük.Müvafiq online informasiyanı tapmaq, qiymətləndirmək və şərh etmək mühüm
bacarıqdır.Bununla belə İnternetdən effektiv istifadə məlumat toplamaqla məhdudlaşmır
və bunun hüdudlarından kənara çıxır. Məlumat toplayarkən bu məlumatları resurslarda qeyd etmək mühüm amillərdəndir. Mənim üçün Layihə Planında Resursların URL ünvanlarının yazılması prosesı o qədər də çətin olmadı.
Daha sonra Ünsiyyət qurmaq məqsədi ilə İnternetdən isdifadə yolları haqqında müzakirələr apardıq. Aydınlaşdırdıq ki
İnternet kommunikasiya
alətləri layihələr zamanı şagirdlərin ünsiyyət qura biləcəyi qurum və şəxslərin
əhatə dairəsini əsaslı şəkildə genişləndirir. E-poçt, chat , mesajlaşma, online
sorğular vasitəsilə şagirldər fikirlərini
müzakirə edə və bölüşə, rəy ala və həmyaşıdlarından, ekspertlərdən, dünyanın hər
bir yerindəki insanlardan informasiya toplaya bilərlər.
Layihə üçün kommunikasiya alətlərinin seçilməsi Veb 2.0 alətləri ilə tanışlıq daha maraqlı proseslerdən idi. Bu alətlərlə tanış olduğumdan məmim üçün alətlərlə işləmək heç də çətinlik yaratmadı. Bir neçə alətlə Photodex, Prezi, Learningapps, Blogger (artıq müəllim bloqunu yaradarkən tanış olmuşduq -indi daha ətraflı) kimi Veb2.0 alətləri ilə işləmək maraqlı oldu. Bu alətlərdən daha sonra Layihə gedışatında şagird bloqunun qurulması zamanı istifadənin faydaları haqqında müzakirələr davam etdi.
Günün sonunda Bloq yazısı ilə təlimi bitirdik.
воскресенье, 5 апреля 2015 г.
VII günümüzü videodan da anlaşıldığı kimi Google serverlərindən biri olan Google drive(disk) in öyrənilməsi ilə başladıq.Bu serverlə müəyyən qədər tanış idim xüsusi ilə email vasitəsi ilə həcmi böyük faylları göndərərkən bu server çox köməyimə gəlmişdi. Lakin təlim zamanı Google drive-ın bəzi müsbət keyfiyyətlərini də öyrəndim. Məsələn:
- Bu diskdə 15 KB qədər məlumat pulsuz saxlanıla bilər;
- Google disk vasitəsi ilə bütün məlumatlar zaman vəməkandan asılı olmayaraq əlimizin altında ola bilir; -evdə-iş yerində- yolda-təqdimatda
- Bu diskdə bütün fayllar təhlükəsiz şəkildə saxlanılır;
- Fayl üzərində bir neçə nəfərlə bir başa eyni zamanda işlənə bilinir
Mənim üçün ən maraqlısı sonuncu - Fayl üzərində bir neçə nəfərlə bir başa eyni zamanda işləmək variantı oldu. Bunun əyanı tətbiqi isə məndə gələcəkdə lazım olarsa bu serverdən mütləq istifadəmi qətiyyətləndirdi.
Daha
sonra təlimçimiz tərəfindən pedşuranın keçirilməsi prosesinə başladıq.Bu isə şəxsiyyətyönümlü
təlimdə tədris standartlarına istiqamətləndirmə haqqındadır. Layihə üzərində şəxsiyyətyönümlü
tədrisin standartlara uyğun olaraq səmərəli qurulması yolları ilə bağlı müzakirələrdə
iştirak etdik.
Şagirdlərin İnternetdən istifadəsi onların bacarıqlarının təlim
standartlarının tələblərinə və qoyulmuş məqsədlərə uyğun gəlməsi ilə nəticələnməlidir.
Bu məşğələdə biz XXI əsrin xüsusi bilik və bacarıqları - tədqiqat, ünsiyyət
qurmaq, əməkdaşlıq və problemlərin həlli - daxil etməyin yolları üzərində müzakirələrə
başladıq. Daha sonra həmkarlarımızla bu bilik və bacarıqları İnternet vasitəsilə
necə gücləndirməyin yollarını tapmağa çalışdıq. XXI əsrin bilik və bacarıqların siyahısını Layihə
Planımızda qeyd etdik.
Novbəti addımda təlimçımiz bizə texnologiyalardan istifadəyə
aid hüquqi və əxlaqi qaydaların öyrənilməsi - müəlliflik hüququ haqqında geniş məlumatlar
verdi. İnternetə giriş asan və online məlumatları sürətlə köçürmək imkanı
olduğundan şagirdlər və müəllimlər İnternetdəki məlumatların çoxunun başqa
birinə məxsus mülkiyyət olduğunu asanlıqla unuda bilərlər.Bu heç də etik deyil.
Mən də müzakirələrdə bu fikirlə tam
razı olduğumu bəyan etdim.Bunu etməmək üçün hər bir resursun sonunda Resources
bölməsi olmalı və hər kəs istinad etdiyi məlumatı mütləq qeyd etməlidir.
Təlimimizi Bloqda təəssüratlarımızı yazaraq bitirdik.
четверг, 2 апреля 2015 г.
Bu məşğələdə biz layihəmiz haqqında təqdimat yaratdıq. Təqdimatımıza Layihənin Xülasəsi
daxil edilir. Bunlar nəzərdə tutulmuş standartlar və məqsədlər, Əsas suallar və
Qiymətləndirmə üçün Vaxt qrafikidir. Yəni müəllim təqdimatı hazırlamaqla əvvəlcədən işini təyin edir, sual və tapşırıqlar hazırlayır. Bir neçə nümunəyə baxdıqdan sonra Təqdimatımızın hazırlanmasına başladıq.
Təqdimatıma layihəmin adı, kim tərəfindən aparılacağı, hansı sinifdə aparılacağı haqqında məlumatla başladım (slayd 1)
Daha sonra sıra ilə təməl,mövzu və məzmun suallını slaydlara yazdım (slayd 2, 3, 4)
Layihəni yerınə yetırəcək şagirdləri 3 grupa bölüb, hər bir qrupun görəcəyi işi,axtarış və araşdırmalarını və nəticələrini əlavə edəcəkləri alətlərin siyahısını tərtib edərək təqdimatda yerləşdirdim(sayd 5, 6, 7)
Ən sonda isə layihənin həyata keçmə müddətini qeyd etdim(slayd 8)
Təqdimat yaratma prosesində Şagird işinin nümunəsini yaradarkən ən müvafiq aləti seçmək üçün təqdimatın üstünlüyünü aydınlaşdırdıq.
Təlimimizə təqdimatların hazırlanıb qurtarmasından sonra Layihə Planı üzərində şagird və müəllim fəaliyyətini yazmaqla davam etdik.Sonda isə Bloqa təsürratlarımızı yazmaqla bu günlük təlimi sona çatdırdıq.
вторник, 31 марта 2015 г.
Təlimimiz sinfin qiymətləndirilməsinin
aparılmasının başlıca məqsədinin tədrisdə rolu, dərsin yaxud layihənin
sonunda aparılan summativ qiymətləndirmə,çoxsaylı qiymətləndirmə üsullarına dair müzakirələrdə bütün iştirakçılarla birlikdə müzakirəsi ilə başladı. Hər gün dərslərimizdə tətbiq etdiyimiz qiymətləndirmə haqqında müzakirələrdə fəal ıştirakımız təlimçimiz tərəfindən dəyərləndirildi.Bir daha aydınlaşdı ki , qiymətləndirmə, layihə
boyunca davamlı həyata keçirilən bir proses olmalı;
Layihələr əsasında dərslərin
qiymətləndirilməsi aşağıdakı məqsədlə
aparılmalı:
- Müxtəlif qiymətləndirmə strategiyalarından istifadə etmək;
- Tədris müddəti ərzində qiymətləndirmədən istifadə etmək;
- Dərsin mühüm məqsəd və vəzifələrini qiymətləndirmək;
- Şagirdləri qiymətləndirmə prosesinə cəlb etmək.
Şagirdləri qiymətləndirmə
prosesinə cəlb etmək üçün müəllimlər şagirdlərini aşağıdakılarla təmin etməlidir:
- Lap başlanğıcdan açıq-aydın şəkildə əks olunmuş meyarlar;
- Yüksək keyfiyyətli iş üçün nümunə və təlimatlar;
- Özlərinin irəliləyişinə nəzarət etmək üçün imkanlar;
- İşlərini yaxşılaşdırmaq üçün öz sinif yoldaşlarına konstruktiv rəy vermək və onların rəyini almaqla bağlı metodlar;
- Öz proses və məhsulları üzərində refleksiya etmək və bunu yaxşılaşdırmaq üçün vaxt vermək;
- Gələcək tədrisə dair qarşıya yeni məqsədlər qoymaqda onlara dəstək vermək.
1. Sonrakı etaplarda:
1.1. Layihə planlarımızı açaraq orada seçdiyimiz layihələrə uyğun qiymətləndirmə cədvəlimizi qurduq.
1.2. Qiymətləndirmənin qısa təsvirini Planda yazdıq
1.3. Şağird ehtiyaclarının müəyyənləşdirilməsi alətlərinin hazırlanmasına başladıq. Bunun üçün microsoft word document açaraq orada layihəmizə uyğun BİBÖ və Klaster üsullarından istifadə edərək şagirdləri layihəyə hazırlamaq üçün qiymətləndirmə alərləri hazırladıq.
1.4. Bloqumuza təəsürratlarımızı yazdıqdan sonra günümüzü başa vurduq.
четверг, 19 марта 2015 г.
IV günün başlangıcında
Layihənin Əsas sualı ilə tanış olduq. Bununla bağlı müəllimlərə təqdimat göstərildi.
Biz tədris layihəmizi suallardan başlayırıq ona görə ki:
-hər bir tədqiqatçı üçün
sual vermək bacarığı çox vacibdir;
-suallar təfəkkürü, tədrisə
marağı stimullaşdırır;
-sual şagirdi cavab
axtarmağa sövq edərək təxəyyülü inkişaf etdirir və onun sərbəst tədqqiqat aparmağına imkan yaradır.
Təməl, Mövzu və Məzmun sualları arasında fərqləri
aydınlaşdırdıq.
Təməl suallar-Bir neçə dərs və yaxud fənn sahələri
arasında körpü rolu oynayan genış və əhatəli sualdır.
Mövzu sualları (Tematik suallar) - Layihəmiz üçün
istiqamətləndirici suallardır.
Məzmun sualları - Konkret faktlara və ya elmə əsaslanan
suallardır.
Həmçinin təməl suallar müəllimlərə necə kömək edir;
təməl suallar şagirdlərə necə kömək edir; müxtəlif tematik suallar təməl sualı
aydınlaşdırmağa necə kömək edə bilər; mövzu sualları təməl sualı necə dəstəkləyir;
təməl sualların yaradılmasına dair məsləhətlər haqqında məlumatlar aldıq. Bütün
bunlara aid nümunələrlə tanış olduq. Bu sualların doğru seçilməsi üçün təlimçımız
və müəllimlər arasında geniş və ətraflı müzakirə apardıq. Daha sonra Layihənin əsas
suallarının yazılması prosesini cütlərlə yerinə yetirdik. Sualların ümumi
müzakirəsini təlimçimizlə apardıqdan sonra birlikdə Layihəmizin Əsas suallarıını seçdik.
Sonda Layihə planı üzrərində işləyib günün təəssüratını bloqumuza
yazdıq.
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
Mənim seçdiyim Layihə ("Summer holidays") üzrə suallarım
вторник, 17 марта 2015 г.
Təlimin 3-cü günündə hazırlamaqda olacağımız layihələrin araşdırmaları və sintezi haqqında müzakirələr apardıq. Müxtəlif layihələr haqqında disskusiyada fəal iştirak etdik. Daha sonra təlimçimizdən layihə üsulunu təqdim etmək üçün nəşrlərin rolu(Publisher) haqqında məlumat aldıq. Bu proqramla artiq İntel 3 təlimindən tanış olmuşdum. Bu proqram vasitəsi ilə şagirdlərin qiymətləndirilməsi zamanı müxtəlif sertifikatlar, diplomlar, fəxri fərmanlar, həmçinin müəllimlər və diğər şəxslər iş prosesi zamanı bukletlər, açıqçalar, dəvətnamələr, elanlar hazırlamaq imkanı əldə edə bilərlər. Novbəti mərhələdə hədəf
seçmək istədiyimiz mövzu ilə əlaqədar standartları müəyyənləşdirməklə dərsimizi planlaşdırmağa
başladıq. Tədris proqramlarına qoyulan məqsədlərin təhlili, tədris məqsədlərinin müəyyənləşdirilməsindən sonra bloqda 3-cü günün təəssüratlarını yazdıq.
суббота, 14 марта 2015 г.
2-ci gün başlanan kimi
XXI əsrin əsas bacarıqları haqqında məlumat aldıq. XXI əsrin əsas bacarıqları- yaradıcılıq və innovativlik, tənqidi təfəkkür və problem həll etmə bacarığı, kommunikativ və əməkdaşlıq bacarıqları, informasiya
ilə işləmək bacarıqları, Media savadlılığı, İKT savadlılığı kimi mahiyyətlərini müzakirə etdik. Blum Taksonomiyası yəni dərketmənin səviyyələrini yenidən yada saldıq.
Tədris prosesində layihə üsulunun tətbiqi haqqında məlumat aldıq. Öyrəndik ki, Layihə- xüsusi problemin tədqiq edilməsi, onun nəzəri və praktiki həyata keçirilməsini nəzərdə tutur. Layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər,layihə metodunun növləri,layihənin müddəti haqqında danışdıq. Ev tapşırığı olaraq bizə fənn və mövzu üzrə lahiyə fikirləşmək tapşırıldı.
Tədris prosesində layihə üsulunun tətbiqi haqqında məlumat aldıq. Öyrəndik ki, Layihə- xüsusi problemin tədqiq edilməsi, onun nəzəri və praktiki həyata keçirilməsini nəzərdə tutur. Layihə üsulunun tətbiqinə qoyulan əsas tələblər,layihə metodunun növləri,layihənin müddəti haqqında danışdıq. Ev tapşırığı olaraq bizə fənn və mövzu üzrə lahiyə fikirləşmək tapşırıldı.
четверг, 12 марта 2015 г.
İlk gün tanışlıqdan sonra İntel "Gələcək üçün təhsil" təlim proqramı haqqında geniş məlumat əldə etdik, daha sonra təsil proqramlarının saytları və Wiki səhifəsi ilə tanış olduq. Portfolio quruluşu haqqında məlumat aldıq, portfolio qovluğu yaratdıq.google serverlerləri ilə tanış olduq. Mənim şəxsi gmail ünvanım olduğuna görə yenisini açmağa ehtiyac olmadı. Gmailin mahiyyəti -internetdən geniş istifadə edə bilmək,müxtəlif saitlara daxil ola bilmək, orada istənilən məlumatları ala bilmək, məktublaşmaq, istənilən faylı göndərmək, müxtəlif şəkilləri, videoları göndərmək imkanlarına malikdir. Bu isə gmail ünvanının istifadəçıləri üçün səmərəli və faydalıdır. Daha sonra google serverlerlərindən biri olan bloq yaradılması ilə tanış olduq. Öz şəxsi bloqum olduğuna görə bunu yaratmaq mənim üçün heç çətin olmadı.Bloqun mahiyyəti isə çox faydalıdır. Bu baxımdan hər kəs öz şəxsi bloqunu yaratmaqla orada müxtəlif faydalı məlumatları , videoları,şəkilləri,faydalı linkləri , eyni zamanda istifadəçi öz gördüyü işlərini orada nümayış etdirə bilməsi üçün genış imkanlara malik olur.
Подписаться на:
Сообщения (Atom)